Geri qayıt
Professional Proqram Təminatı

Simple Kassa

Market, aptek və mağazalar üçün nəzərdə tutulmuş tam peşəkar kassa proqramı. Offline işləmə qabiliyyəti və bütün növ fiskal kassa aparatları ilə inteqrasiya.

Simple Kassa
Təhlükəsiz
Bulud Sistemi

Sistem
İmkanları

Müəssisənizin bütün ehtiyaclarını qarşılayan, geniş funksionallığa malik və asan istifadə edilən modullar toplusu.

Sürətli İnteqrasiya

Sistemi cəmi bir neçə gün ərzində işinizə tam uyğunlaşdırırıq.

Ümumi İmkanlar

AR Dövlət Reyestrinə daxil edilmiş rəsmi proqram təminatı
Vergi qanunvericiliyinə 100% uyğunluq və tam e-kassa inteqrasiyası
Kənar cihaza ehtiyac duymadan birbaşa sistem üzərindən rəsmi satış
İstənilən bank terminalı ilə birbaşa inteqrasiya (məbləğin terminala avtomatik ötürülməsi)
Trassir kamera nəzarət sistemi ilə tam inteqrasiya (hər satışın video ilə sinxronizasiyası)
Kamera üzərindən məhsul və əməliyyat üzrə kassa hərəkətlərinin izlənilməsi
Oflayn rejim (internet kəsildikdə belə satışın davam etdirilməsi)
QR ödəniş sistemləri ilə tam inteqrasiya
Bonus və loyallıq sistemlərinin tətbiqi
Müştəri bazasının yaradılması və idarə edilməsi
Kreditlə satış imkanı və ödəniş qrafikinin izlənilməsi
Xüsusi kampaniya və endirim aksiyalarının tətbiqi
Minimalist və yüksək sürətli satış interfeysi
Elektron tərəzilərlə birbaşa inteqrasiya (çəkinin avtomatik oxunması)
Bütün növ barkod oxuyucuların dəstəklənməsi
Məhsul qalıqlarına real zamanlı baxış
Gündəlik satış, xərc və Z-hesabatlarının avtomatik formalaşması
Qəbz çapı üçün fərdiləşdirilə bilən şablon dəstəyi
Çoxlu kassir girişi və səlahiyyətlərin məhdudlaşdırılması
Müştəri məlumatlarının saniyələr ərzində bazaya əlavəsi
Avtomatik Cloud (Bulud) yedəkləmə sistemi
Məhsul iadələri və dəyişdirilməsi əməliyyatlarının idarə olunması
Nağd, kart, bonus və qarışıq ödəniş növlərinin dəstəklənməsi
Gün sonu kassa bağlanışı və avtomatik hesabat göndərimi
Anbar transferləri və stok hərəkətlərinin izlənilməsi
Fərqli valyutalarla satış və hesablaşma dəstəği
Hədiyyə kartları (Gift Card) ilə satış imkanı
Kassir səhvlərinin minimuma endirilməsi üçün xəbərdarlıq sistemi