Geri qayıt
Professional Proqram Təminatı

Tekstil və Geyim İstehsalı

Tekstil və geyim istehsalı müəssisələri üçün ixtisaslaşmış ERP həlli. Xammalın uçotu, rəng və ölçü matrisləri, kəsim, tikiş və qablaşdırma mərhələlərinin anlıq izlənilməsi.

Tekstil və Geyim İstehsalı
Təhlükəsiz
Bulud Sistemi

Sistem
İmkanları

Müəssisənizin bütün ehtiyaclarını qarşılayan, geniş funksionallığa malik və asan istifadə edilən modullar toplusu.

Sürətli İnteqrasiya

Sistemi cəmi bir neçə gün ərzində işinizə tam uyğunlaşdırırıq.

Ümumi İmkanlar

Ölçü (Size), Rəng (Color) və Stil üzrə matris formalı ətraflı uçot sistemi
Parça, iplik və aksesuar sərfinin istehsalat üzrə dəqiq izlənilməsi
Dərzilərin fərdi iş yükü, performans analizi və parça başına əməkhaqqı hesabatı
İstehsalat mərhələlərinin (biçim, tikiş, ütü, qablaşdırma) anlıq izlənilməsi
Məhsulun maya dəyərinin (parça, aksesuarlar və fason xərcləri) dəqiq kalkulyasiyası
AR Dövlət Reyestrinə daxil edilmiş və e-kassa ilə tam inteqrasiyalı satış sistemi
Barkod və RFID dəstəyi ilə saniyələr ərzində sürətli satış və qəbz çapı
Kreditlə satış, hissə-hissə ödəniş və borc tarixçəsinin izlənilməsi
Müştəri bazası, bonus sistemləri və fərdi loyallıq kartlarının tətbiqi
İstənilən bank terminalı və QR ödəniş sistemləri ilə birbaşa inteqrasiya
Mövsümi endirimlərin, "1 alana 1 hədiyyə" və digər kampaniyaların avtomatik tətbiqi
Mağazalararası logistika və məhsulların anbarlar üzrə optimallaşdırılmış paylanması
Məhsul iadələri, dəyişdirilməsi və asanlıqla iadə aktlarının yaradılması
Trassir kamera sistemi ilə həm istehsalat xəttinə, həm də kassa zonasına nəzarət
Oflayn rejim (internet kəsildikdə belə satışın dayandırılmaması)
Gündəlik satış, mənfəət, xərc və Z-hesabatlarının anlıq analitikası
Bulud (Cloud) texnologiyası ilə istehsalat və satış datalarının tam təhlükəsizliyi