Market

Market modulunuz mallarınız anbarınıza daxil olduğu andan etibarən satılana qədər bütün hərəkətlərini təqib edə, mal əsasında qazanc və ya zərərinizin hesabatını hazırlaya bilər. Bu proqram vasitəsilə siz barkodlu mal sərgiləyən və tətbiqini həyata keçirərək müştərinin tələblərinə daha sürətli cavab verəcək və anbarınızı nəzarətdə saxlaya biləcəksiniz.

  • Satış nöqtəsinin idarə edilməsi
  • Satışın artıb-azalma tempinin tətbiqi
  • Şöbə, mal, tarix və saatəsaslı endirimlərdin edilməsi
  • Satışları müxtəlif mal qruplarına (içki, şirniyyat və s.) görə çeşidlərə ayrılması
  • Çəki, ədəd və s. görə barkodlu satış həyata keçirilməsi
  • Çəki ilə satılan mallar üçün barkodlu tərəzidən istifadə edilməsi
  • Satış faizini təyin edərək avtomatik satış qiymətinin əmələ gətirilməsi
  • Alış-veriş statistikasının görünməsi
  • Sensorlu ekrandan istifadə 
  • Detallı fakturanın (çek) müştəriyə dərhal təqdim edilməsi

  • Kassa əməliyyatları
  • Kassalara istənilən sayda kassir təyin edə bilmə
  • Gündəlik kassa hesabının detallı və ya xülasə şəklində planlama
  • Banka hesabı ilə nağd kassa arasındakı pul transferlərinin təqibi
  • Həyata keçirilən qaytarılma və ləğvetmə əməliyyatları günsonu hesabatları ilə ətraflı təqib edilməsi

  • CRM (müştərilərlə əlaqələrin idarə edilməsi)
  • Müştərilərinizə yardım məlumatların detallı olaraq tətbiqi
  • Müştərilərinizin peşə və təhsil səviyyəsi ilə bağlı məlumatları qəbul edilməsi 
  • Alış-veriş statistikasına görə müştərilərinizin seçkinlərinin müəyyən edilməsi
  • Müştəriləri müxtəlif qruplara ayıra bilmə, müştərilərin şikayət və təkliflərinin qəbul etmək imkanı
  • Müştərilərə görə qiymət və güzəştlərin təyin edilməsi - ENDİRİM KARTLARI

  • Təchizatçılarla idarə edilməsi
  • Satınalma sifarişlərinizin iki mərhələdə (sifariş tələb və sifariş təsdiq) qəbul edilməsi, istənilən valyuta növü ilə hesablaşmalar aparılması 
  • Təchizatçı əsasında mal qalıqları və dövriyyəsinin təqib olunması
  • Satınalma sifarişlərinizin e-posta vasitəsilə avtomatik olaraq təchizatçılara göndərilməsi
  • Qaytarılma və dəyişdirilmə əməliyyatlarının həyata keçirilməsi
  • Təchizatçılarla hesablaşmaların təqibi

  • Anbar idarəetməsi
  • Mal qrupları (içkilər, təmizlik vasitələri və s.) müəyyənləşdirə bilmə və bu qruplar əsasında statistik məlumatların alına bilməsi
  • Anbarlarla əlaqəli bütün giriş-çıxış sənədlərini nizamlanması, anbarlararası transferlərin və sayma əməliyyatlarının həyata keçirilməsi
  • Anbar və mağaza əsasında mal qalığı təqibinin həyata keçirilməsi imkanı
  • Verilən sifarişlər istiqamətində anbar giriş-çıxış sənədlərinin avtomatik olaraq hazırlanması
  • Bütün giriş-çıxış sənədlərində barkod oxuyuculu mobil cihazlardan istifadə imkanı
  • Mallarınızın satış vəziyyətinin və satış maliyyətlərinin tək hesabatda analiz etmə imkanı
  • Avtomatik sayma əməliyyatı sayəsində sayma öncəsi və sonrası mallarınızın vəziyyətini müqayisə edə bilər, mal itkilərinizi təqib edə bilərsiniz.

Market modulu mallarınız anbarınıza daxil olduğu andan etibarən satılana qədər bütün hərəkətlərini təqib edə biləcəyiniz bir proqramdır.