İstehsal İdarəetmə modulu

İstehsal modulu-İstehsal prosesini, yəni xammalın anbara girişindən başlayaraq ayrı-ayrı fazalar və bölmələr üzrə bütün prosesi avtomatlaşdırmağa kömək edir. Müəssisənizdə istehsal prosesinə tam hakim olmaq üçün ehtiyac olan bütün funksionallığı və bütün köməkçi alt əməliyyatları əhatə edən istehsal modulu, prosesi tam avtomatlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Bu modulun tətbiqi sizə istehsal prosesinin ardıcıllığını, resurs sərfiyyatını, mal-material və yarımfabrikatların uçotunu aparmaq imkanı verəcək. Həmçinin tullantıların, istehsal qalıqlarının proses və xərclərdə nə qədər yer aldığını görə bilərsiniz. Alternativ əməliyyatlarla təqib, sürətli ön xərc izləyə bilmə, Barkod və RFİD sistemlərilə inteqrasiyalı işləyərək istehsal müəssisəsinin real vaxt ərzində işləyişini təqib edə bilməklə yanaşı istehsal maşınlarının baxımı, performans təqibi kimi geniş imkanlara da sahib ola bilərsiniz.

  • Malın hərəkəti:

  • İstehsal prosesinin ardıcıllığının, kalkulyasiyaların və marşrutların tanınması, alternativ material və əməliyyatların istehsal və planlamada istifadə edilə bilməsi, məhsul təftişlərinin istehsal və planlama əməliyyatlarında təqibi, istehsal qalıqlarının istifadəsinin effektivliyini artırmaq istiqamətində infrastruktur formalaşdırır. Hazır məhsul satışı və sifarişi əsasında istehsal tapşırığının avtomatik formalaşması mümkündür. İstehsal prosesinin ardıcıllığını, kalkulyasiyanı və mal-material marşrutlarını istənilən sayda səviyyələndirə bilərsiniz. Hər səviyyədə mühəndislik çalışmalarını əhatə edən çertyoj, şəkil və proses saxlanıla bilər, müxtəlif xərc üsullarına görə əsas məhsulun maya dəyəri hesablana bilər. İstehsal əsnasında müəyyən olunan alternativ istehsal etaplarına görə ən uyğun xammal qalığının avtomatik təyin olunmasını, mövcud balansda materialların optimal istifadəsini təmin edir. Bazar şərtləri, xərclərin artması, texnologiyanın inkişafı kimi faktorlar, istehsal ardıcıllığının zamanla dəyişməsinə səbəb olduğu kimi, bu dəyişmə müddətində kalkulyasıyanın təftişini təqib edə, məhsulun hərəkətindəki xammal, marşrut və s. dəyişikliklər, sürətli əməliyyatlarla bütün məhsul əməliyyatlarına tətbiq oluna bilər. Eyni zamanda köhnə istehsal ardıcıllığı işlənilə bilər.

  • İstehsal əməliyyatları:

  • İstehsal prosesi və istehsal prosesindəki iş əmrləri, material və yarımfabrikatlar üzərində tam nəzarət üçün istehsal əməliyyatları istifadə edilməkdədir. Bunlara istehsalda iş növbəsinin tətbiqi, istehsal tapşırığının yazılması, fazaların təyin olunması, xammalın normaya uyğun verilməsi, əlavə istehsal xidmətləri, istehsal xərcləri, istehsal silinmələri və digər istehsal əməliyyatlarının mühasibat uçotunda əks olunması üçün müxabirləşmə əməliyyatları daxildır.
  • Planlama əməliyyatları nəticəsində nəyin nə vaxt istehsal olunacağına qərar vermiş olub, iş əmrləri daxil edilə bilər. Xüsusilə istehsal sifariş əsasında edilirsə, verdiyiniz iş əmrlərinin kalkulyasiya dəyişmələrindən təsirlənməməsi üçün iş əmri əsasında kalkulyasiya saxlaya bilərsiniz. İş əmri əsasında mal-material uçotunu təqib edə bilərsiniz. İstehsal prosesində sərfiyyat kalkulyasiyaya bağlı avtomatik formalaşır və lazım olduqda dəyişdirmək mümkündür. Beləliklə ən doğru sərfiyyatı, kalkulyasiya ilə müqayisəli hesabatlar ala bilər, aradakı fərqləri malın maya dəyərində əks etdirə bilərsiniz.
  • Ani istehsal planlaşdırma, mövcud müştəri sifarişləri və iş əmrlərini daxil edib anbar qalıqları ilə müqayisə edərək anında əksik materialların hesabatını ala bilərsiniz.
  • Beləliklə hər an anbar qalıqlarınız nəzarət altında olmuş olur. Bu əməliyyat, zamandan asılı olmayaraq praktik bir material ehtiyac planı kimi də düşünülə bilər. Satış sonrası müştəri məmnuniyyəti və xidmətin təməli olan istehsalda malın girişindən məhsulun çıxışına kimi bütün əməliyyatlarda lotların təqib olunması təmin edilə bilər.
  • Bunu RFID tətbiqləri ilə daha geniş və detallı şəkildə izləmək mümkündür.

  • İstehsal prosesinin izlənilməsi

  • İstehsal planının axsamaması üçün fabrik içərisindəki ən kiçik gecikmədən zamanında xəbərdar olmalısınız. Hansı avadanlıq hansı əməliyyatı həyata keçirərkən dayandı? Problem nə idi? Həmin vaxt hansı personal işləyirdi? və s. Bütün bu olanlar zamanı müəssisəyə dəyən ziyanın hesablanması da mümkündür. İstehsal prosesini izləyərək fabrik içərisindəki istehsal ilə əlaqədar bütün fəaliyyətləri izləyə bilərsiniz. Lazım olduqda birbaşa dəzgahlardan məlumat alaraq məlumatın davamlılığını təmin edə bilərsiniz.

  • Hesabatlar

  • Tətbiqi Proqramlar Paketinin bütün modullarında olduğu kimi istehsal modulunda da hesabat hazırlanma və istifadəçiyə təqdim olunma prosesi hər hansı vaxt və sayla məhdudlaşdırılmamışdır. Sahib olduğumuz konfiqurator vasitəsilə standart paketdə olan hesabat formalarında dəyişiklik edə və istənilən yeni hesabatları qısa bir zamanda hazırlayıb müştəriyə təqdim edə bilirik.

İstehsal modulu, xammalın anbara girişindən başlayaraq ayrı-ayrı fazalar və bölmələr üzrə bütün prosesi avtomatlaşdırmağa kömək edir